Tbilisidə VIII sinif şagirdinə qarşı əxlaqsız hərəkətlərdə şübhəli bilinən müəllim saxlanılıb
Tbilisidə polis yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan müəllimi saxlayıb.
XEBER.GE xeber verir ki, Daxili İşlər Nazirliyi faktı “TVPirveli” telekanalına təsdiqləyib.
Qurumdan bildirilib ki, şəxs Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətləri nəzərdə tutan 141-ci maddəsi ilə saxlanılıb.
VIII sinif şagirdinin 76 yaşlı müəllimdən şikayət etməsi barədə məlumatı ilk olaraq “Sando წყარო” nəşri yayıb.
Nəşr məktəb şagirdlərinin valideynlərinə istinadən yazır ki, şagird dostunun köməyi ilə hadisəni videoya çəkə bilib və bundan sonra polisə müraciət edib.
Həmin məktəbin tədris işləri üzrə müdir müavini vəzifəsində çalışan 76 yaşlı fizika müəllimi hazırda həbsdədir.
Məlumata görə, müəllim artıq 55 ildir ki, məktəbdə işləyir. Onun yaxınları isə hadisəyə yanlış qiymət verildiyinə ümid etdiklərini bildirirlər.