Tbilisidə silahlı quldurluq edən iki əcnəbi vətəndaş saxlanıldı

Jul 17, 2025 - 14:47
 0  15
Tbilisidə silahlı quldurluq edən iki əcnəbi vətəndaş saxlanıldı

Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Polis İdarəsinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki əcnəbi vətəndaşı — 1981-ci il təvəllüdlü R.B. və 1975-ci il təvəllüdlü A.Ç.-ni silahlı quldurluq və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasında bildirilir ki, sözügedən cinayətlər 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

İlkin istintaqla müəyyən olunub ki, R.B. Tbilisinin Maçabeli küçəsində odlu silahla 2000-ci il təvəllüdlü iki əcnəbi vətəndaş — A.B. və M.A.-ya silahlı hücum edərək quldurluq cinayəti törədib. Hücum zamanı R.B. onlara tərəf atəş açıb və daha sonra onlara məxsus pul vəsaitini, eləcə də M.A.-nın müvəqqəti istifadəsində olan avtomobili ələ keçirərək hadisə yerindən qaçıb.

Silahlı insident nəticəsində A.M. aşağı ətraf nahiyəsindən yaralanıb və ona tibbi yardım göstərilib.

Araşdırma zamanı müəyyən olunub ki, həmin silahlı hücumun təşkilatçısı və planlaşdırıcısı A.Ç. olub.

İstintaq tədbirləri nəticəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin bir hissəsi və avtomobil maddi sübut kimi götürülüb. Cinayətin təşkilatçısı A.Ç. və icraçısı R.B. saxlanılaraq barələrində ittiham irəli sürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (quldurluq) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri üzrə aparılır.

mənbə: interpress