Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb-VIDEO

Jul 17, 2025 - 14:27
Jul 17, 2025 - 14:40
 0  16

Batumidə radioaktiv uranın qanunsuz alışı və satışına görə iki nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Saxlanılan şəxslərdən biri Gürcüstan vətəndaşı, digəri isə əcnəbidir, onun vətəndaşlığı dəqiqləşdirilməyib.

DTX-nin məlumatına görə, sövdələşmənin məbləği 3 milyon dollar təşkil edib.

Qurum qeyd edir ki, radioaktiv uran müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktının həyata keçirilməsində istifadə olunur.

mənbə: report