Tbilisidə restoranların birində atışma olub

Dünən gecə restoran “Kvevri”də atışma olub.
İilkin məlumata görə, hadisə restoranın şərikləri arasında yaranmış maliyyə mübahisəsi ilə bağlı olub.
Silahlı insidentdən əvvəl tərəflər arasında fiziki qarşıdurma baş verib.
“TV Pirveli”nin məlumatına görə, mübahisə restoranın sahibi Zurab Tibua ilə digər şərik Levan Baslandze arasında yaşanıb. İddiaya görə, Baslandze əvvəlcə Tibuanı döyüb, daha sonra isə naməlum istiqamətə atəş açıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Maddə odlu silahın qanunsuz alınması, saxlanması və daşınmasını nəzərdə tutur.
mənbə: interpress