Tbilisidə qeydiyyatsız süd emalı müəssisəsi aşkarlanıb

Jul 16, 2025 - 14:13
 0  14
Tbilisidə qeydiyyatsız süd emalı müəssisəsi aşkarlanıb

Tbilisidə qeydiyyatsız süd emalı müəssisəsi aşkarlanıb – Qida Təhlükəsizliyi Agentliyi.

Gürcüstan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Tbilisidə qanunsuz fəaliyyət göstərən süd emalı müəssisəsi aşkar edilib, cərimələnib və onun istehsalat prosesi dayandırılıb.

“Sando MMC. (Ünvan: Tbilisi şəhəri, G. Nadareişvili küçəsi N5, 406121913) İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən və Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsi olmadan fəaliyyət göstərirdi.”

Bəyanatda həmçinin bildirilir ki, müəssisədə aparılan yoxlamada süd məhsullarının istehsalı zamanı gigiyenik normaların və ərzaq təhlükəsizliyi tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşağıdakı məhsullar müsadirə olunaraq möhürlənib:

  • 419 banka qatıq
  • 10 kiloqramdan artıq pendir
  • 35 ədəd qablaşdırılmış süd (hər biri 1 litrlik)
  • 110 litr süd


Qanunvericiliyə uyğun olaraq, sahibkar cərimələnib və müəssisənin istehsalat fəaliyyəti dayandırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, bu ilin əvvəlindən indiyədək süd və süd məhsulları istehsal edən müəssisələrdə 3 580 dövlət yoxlaması aparılıb və 32 qeydiyyatsız müəssisə aşkarlanıb.

mənbə: marneulifm