Tbilisidə qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb
 
                                Tbilisidə mübahisə zəminində baş verən insident nəticəsində bir nəfər bıçaqla yaralanıb, şübhəli şəxs isə polis tərəfindən isti izlərlə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti məhkumiyyət altında olan M.A. qəsdən adam öldürməyə cəhd ittihamı ilə tutulub. Cinayətə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
İstintaqın ilkin nəticələrinə görə, mübahisə zamanı şübhəli şəxs 1977-ci il təvəllüdlü D.A.-ya bıçaqla sinə və qarın nahiyəsindən xəsarət yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Polisin apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində M.A. saxlanılıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan CM-nin 19-108-ci maddəsi ilə davam edir.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            