Tbilisidə metro stansiyasında gənc kişi vəfat edib
Tbilisidə Azadlıq meydanı metro stansiyasında gənc kişi vəfat edib.
XEBER.GE xeber verir ki, nəqliyyat xidmətinin məlumatına görə, kişi qəfil özünü pis hiss edib və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.