Tbilisidə iki nəfəri bıçaqlayan şəxs və daha iki nəfər saxlanılıb

Oct 18, 2026 - 13:29
 0  67
Tbilisidə iki nəfəri bıçaqlayan şəxs və daha iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaqda və qrup halında zorakılıq törətməkdə ittiham olunan üç nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, Tbilisidə bir neçə nəfər arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib.

 Bu zaman təqsirləndirilən şəxslərdən biri soyuq silahdan istifadə edərək münaqişənin iki iştirakçısını bıçaqlayıb və hadisə yerindən qaçıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bıçaqlama hadisəsində şübhəli bilinən şəxsi hadisədən dərhal sonra saxlayıblar. Qarşıdurmada iştirak edən daha iki nəfər isə qrup halında zorakılıq törətməkdə ittiham olunaraq həbs edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 126-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.