Tbilisidə Hind və ərəb restoranları bağlandı
Gürcüstan Milli Qida Agentliyi həyata keçirdiyi dövlət nəzarəti çərçivəsində paytaxt Tbilisidə fəaliyyət göstərən 7 iaşə obyektinin istehsal prosesini dayandırıb.
Xeber.ge xəbər verir ki,
Yoxlamalar nəticəsində inventarların lazımi səviyyədə dezinfeksiya edilməməsi, ventilyasiya sistemlərinin nasazlığı, vaxtı keçmiş məhsulların satışı, markalanma qaydalarının pozulması və obyektlərdə gəmiricilərin mövcudluğu kimi kritik uyğunsuzluqlar qeydə alınıb.
Fəaliyyəti dayandırılan obyektlərin siyahısı:
1. "Majeed Shakkeer" (Kafe-bar-restoran) – Qeydiyyatsız fəaliyyət, nasaz havalandırma, vaxtı keçmiş qidalar.
2. "Al Bake Grills" (Hind restoranı) – Dezinfeksiya qaydalarının pozulması, havalandırma nasazlığı.
3. "100 Arabuli" (Sürətli qida) – Qeydiyyatsız fəaliyyət, antisanitariya.
4. "Yashpal Sharma" (Hind restoranı) – Dezinfeksiya və etiketləmə qaydalarının pozulması.
5. "Thai in Town" (Kafe-bar-restoran) – Obyektdə gəmiricilər, nasaz ventilyasiya.
6. "Fiesta" (Kafe-bar-restoran) – İnfrastruktur nasazlığı, qidaların çirklənmə təhlükəsi.
7. "Sareia Trading" (Hazır yemək istehsalı) – Temperatur rejiminin pozulması, infrastruktur problemləri.
Milli Qida Agentliyinin müfəttişləri qanunvericiliyə uyğun olaraq biznes operatorlarını cərimələyib və aşkar edilmiş nöqsanlar tam aradan qaldırılana qədər onların fəaliyyətinə məhdudiyyət qoyublar.