Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçiriləcək
Sabah paytaxtın əsas prospektində növbəti dəfə genişmiqyaslı etiraz aksiyası keçiriləcək.
Aksiya sabah saat 19:00-da parlament binası qarşısında keçiriləcək.
Qərbyönlü müxalifət cəmiyyətin müxtəlif sferalarının nümayəndələrinin də qatılacağı genişmiqyaslı aksiyaya hazırlaşır.
Aksiya iştirakçıları xalqın qələbəsini qorumaq üçün dinc mübarizənin uzunmüddətli olacağını və cəmiyyətin böyük bir hissəsinin orada iştirakının vacib olduğunu bildirirlər. Onların fikrincə, aksiyanın məqsədi oğurlanmış seçkiləri legitimləşdirmək deyil.
mənbə: interpress