Tbilisidə gənc oğlan qətlə yetirilib

Feb 21, 2025 - 21:58
 0  122
Tbilisidə gənc oğlan qətlə yetirilib

Tbilisidə gənc oğlan qətlə yetirilib.

Ailəsi iki gün ərzində onu axtarırdı, lakin nəhayət gəncin cəsədi şübhəlilərdən birinin evində aşkar edilib.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, cinayətlə əlaqəli üç nəfər saxlanılıb.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 376-cı (cinayəti xəbər verməmək) maddələri ilə aparılır.

Hadisənin detalları hələlik açıqlanmır, istintaq davam edir.

mənbə: interpress