Tbilisidə bədbəxt hadisə: Nadzaladevidə uşağı tok vurdu
Tbilisinin Nadzaladevi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə bir qədər əvvəl Meore Dzmobis küçəsində qeydə alınıb.
Tok vuran azyaşlı dərhal xəstəxanaya çatdırılıb.
XEBER.GE xəbər verir ki, hadisənin baş verdiyi ərazi hüquq-mühafizə orqanları tərəfindən sarı lentlərlə əhatəyə alınıb və mühafizə olunur.
Hazırda xəsarət alan uşağın səhhəti və vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Gürcüstan mətbuatı "Tv Pirveli" hadisənin təfərrüatlarını öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Faktla bağlı araşdırma aparılır.