İsrail Livandan geri çəkilməsə, ABŞ ilə danışıqlar dayandırılacaq
İsrail ordusu Livandan geri çəkilməyəcəyi halda, İran ABŞ ilə aparılan danışıqları dayandıracaq.
XEBER.GE xeber verir ki,
"ABŞ və İran prezidentləri arasında İslamabad memorandumunun 1-ci bəndi, yəni Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılması və Livanın suverenliyi, ərazi bütövlüyünün təminatı yerinə yetirilmədiyi halda, Tehranla Vaşinqton arasında bütün digər məsələlər üzrə istənilən danışıqlar dayandırılacaq", - məlumatda bildirilib.
Qeyd olunub ki, danışıqların başlaması üçün bütün zəruri şərtlər yerinə yetirilmədən və xüsusən də 13-cü bəndə əməl olunmadan İran tərəfindən heç bir addım atılmamalıdır:
"13-cü bənddə vurğulanır ki, istənilən danışıqlar prosesinin başlaması 1-ci bəndin yerinə yetirilməsindən asılıdır və əgər bu bənd həyata keçirilərsə, razılaşma və danışıqlar başlayacaq, əks halda, danışıqların heç bir mənası yoxdur".
mənbə: report.az