Tbilisidə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Sep 8, 2025 - 13:28
 0  22
Tbilisidə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.Q.-nu saxlayıblar.

Qanunla bu cinayətə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Nazirliyin açıqlamasında deyilir: “İstintaqla müəyyən edilib ki, L.Q. mübahisə zəminində soyuq silahdan istifadə edərək, 1976-cı il təvəllüdlü V.Q.-ya bud nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşları L.Q.-nu isti izlərlə saxlayıblar. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.”


Araşdırma Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə davam edir.

mənbə: marneulifm