Tbilisi və bölgələrdə videonəzarət: 2025-ci ilin cərimə statistikası açıqlanıb
2025-ci il ərzində Gürcüstanın paytaxtı Tbilisi və bölgələrində yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 3 332 037 videocərimə kəsilib.
Xeber.ge xəbər verir ki, bu barədə statistik rəqəmləri IPN.GE rəsmi mənbələrə istinadən yayıb.
Hesabat dövründə videocərimələr nəticəsində hesablanmış vəsaitin ümumi miqdarı 231 754 040 lari təşkil edir.
Sürücülər kəsilən cərimələrin əhəmiyyətli hissəsini vaxtından əvvəl ödəməklə qanunvericiliyin verdiyi imkanlardan yararlanıblar.
Cərimə kəsilmiş şəxslərdən 1 669 637-si ödəniş zamanı 20 faizlik güzəştdən istifadə edib.
Endirim tətbiq olunmaqla büdcəyə ödənilən vəsait 80 145 842,08 lari olub.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, cərimə bildirişi rəsmi qaydada çatdırıldığı gündən etibarən 10 gün ərzində ödənildikdə, sürücülər məbləğin yalnız 80 faizini ödəmək hüququna malikdirlər.