Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib

Nov 28, 2024 - 21:06
 0  32
Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib
Tbilisi Şəhər Məhkəmə....mp3
00:00 00:00
playing

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.

Bu gün Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.

İclasda "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.

Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.

mənbə: apa