Sərhəd Polisi əməkdaşı narkotik cinayəti ittihamı ilə saxlanıldı

Dec 13, 2025 - 11:26
 0  18
Sərhəd Polisi əməkdaşı narkotik cinayəti ittihamı ilə saxlanıldı

Daxili İşlər Nazirliyinin məlumatına görə, narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması faktı üzrə DİN-in Sərhəd Polisi əməkdaşı, 1995-ci il təvəllüdlü S.T. saxlanılıb.

Xeber.ge xeber  verir ki, idarənin bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşı S.T. qanunsuz olaraq külli miqdarda “alfa-PVP” narkotik vasitəsini əldə edib və onu qanunsuz saxlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları saxlanılan şəxsin üzərində şəxsi axtarış zamanı narkotik vasitəni maddi sübut kimi götürüblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.