Suxuminin işğalının 32-ci ildönümü ilə bağlı bütün inzibati binalarda dövlət bayrağı endirilib

Sep 27, 2025 - 16:33
 0  4
Suxuminin işğalının 32-ci ildönümü ilə bağlı bütün inzibati binalarda dövlət bayrağı endirilib

Bu gün Suxuminin işğalınln  32-ci il dönümüdür.

 32-ci ildönümü və Abxaziya müharibəsində həlak olanların xatirəsinə  ehtiram olaraq, dövlət və bütün inzibati binalarda dövlət bayrağı endirilib.

Müasir Gürcüstan tarixində ən ağır günlərdən biri – 27 sentyabr Suxumun işğalı günüdür. Hərbi qarşıdurma 1992-ci il avqustun 14-də başlamış, gürcü hökumət qoşunları ilə separatçılar arasında 13 ay 13 gün davam edərək, 1993-cü il sentyabrın 27-də Suxumun işğalı ilə bitmişdir.

Döyüşlər ərzində separatçılara rus hərbi aviasiyası, təlimatçılar və xüsusi təyinatlı bölmələrin bəzi hissələri dəstək verib. Qeyri-rəsmi məlumatlara görə, 10 mindən çox gürcü hərbçi və dinc sakin həlak olub. Abxaziyadan didərgin düşmüş 300 min nəfər isə evsiz qalıb.

 

mənbə: Intrepress.ge