Supermarketdə partlayış baş verib
Axalçixedə "Smart" supermarketində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış binanın ikinci mərtəbəsində baş verib.
Nazirlik hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirir.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə və xilasetmə xidməti işləyir. Ərazi sarı lentlə mühafizə olunub.
Hal-hazırda partlayışın səbəbi məlum deyil.
mənbə: Interpress