Siyasi motivli cinayətlərə qarşı sərt tədbirlər görüləcək

Sep 15, 2025 - 21:26
 0  5
Siyasi motivli cinayətlərə qarşı sərt tədbirlər görüləcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət lideri Levan Xabeişviliyə qarşı irəli sürülən ittihamlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Hökumət başçısı bildirib ki, Gürcüstanda "dövlət çevrilişinin" sülh yolu ilə və ya qeyri-sülh yolu ilə baş verməsi kimi anlayış yoxdur:

"Dövlət çevrilişi anlayışı sülh yolu ilə və ya qeyri-sülh yolu ilə deyil. Hazırda iki istiqamət üzrə cinayət işi açılıb – həm çevrilişə cəhd, həm də rüşvət vədi ilə bağlı. Qalanı, təbii ki, məhkəmənin işidir," – Kobaxidze qeyd edib.

Baş nazir Xabeişvili ilə bağlı bəzi detalları da açıqlayıb:

"Mən çox yaxşı bilirəm ki, Xabeişviliyə "Anita" ləqəbini kim verib və kim ona əvvəl 3 min, sonra isə 5 min lari ödəyib."

Kobaxidze əlavə edib ki, gələcəkdə də siyasi motivli cinayətlərə qarşı qanun daha sərt tətbiq olunacaq:

"Korrupsiya, narkotik, təşkilatlanmış cinayətkarlığa qarşı necə sərt addımlar atmışıqsa, siyasi motivli cinayətlərdə də eyni olacaq. Bu, narkomanlara, təşkilatlanmış cinayətkarlara sərf etmir, amma cəmiyyət üçün vacibdir".

mənbə: report