Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

Mar 27, 2025 - 15:44
Mar 27, 2025 - 19:58
 0  32
Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

Xeber.ge xəbər verir ki,  bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.

mənbə: apa.az