Satış üçün nəzərdə tutulmuş 14 bağlama metadon aşkar edilib – 1 nəfər saxlanılıb
 
                                Daxili İşlər Nazirliyinin məlumatına görə, Mtsxeta Rayon Polis İdarəsinin əməkdaşları 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ç.M.-ni saxlayıblar. O, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanmasında, həmçinin qanunsuz satışına dəstək verməkdə ittiham olunur.
Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Nazirliyin açıqlamasında bildirilir ki, Ç.M.-nin üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı, eləcə də onun müxtəlif yerlərdə satış üçün yerləşdirdiyi, ümumilikdə 14 bağlamada qablaşdırılmış metadon maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cu prim maddələrinin 6-cı hissəsi üzrə istintaq aparılır.
mənbə: marneulifm.ge
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            