Şatberdi monastırında ayı hücumu: İki nəfər xəsarət alıb

Jun 4, 2026 - 10:59
 0  32
Şatberdi monastırında ayı hücumu: İki nəfər xəsarət alıb

Karel rayonunun ictimai səhiyyə mərkəzinin rəhbəri İrina Parexelaşvili rayon şurasının iclasında Şatberdi monastırında ayı hücumu ilə bağlı faktı təsdiqləyib.

Xeber.ge xəbər verir ki, məlumata görə, hadisə monastır ərazisində baş verib və

nəticədə iki nəfər ayı dişləməsi nəticəsində xəsarət alıb.

İrina Parexelaşvili son bir il ərzində görülən işlərə dair hesabatında bu insidentə də toxunub.

Diqqətçəkən məqam odur ki, rayon şurasının üzvləri ayının insanlara hansı şəraitdə hücum etməsi və ictimai ziyarət yeri olan monastırda vəhşi heyvanın saxlanılması ilə bağlı heç bir sual ünvanlamayıblar.

Həmçinin, rəsmi şəxslərin Ətraf Mühitin Mühafizəsi Departamentinin bu məsələyə reaksiyası ilə maraqlanmaması da suallar doğurur.

İrina Parexelaşvili "Kartlis Ambebi"nə açıqlamasında bildirib ki, ayı monastırda müvəqqəti məskunlaşan şəxslərə hücum edib.

Məsələ ilə bağlı Ruis-Urbnisi yeparxiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, ata Şio Unilava hazırda monastırda ayının saxlanılıb-saxlanılmaması barədə məlumatının olmadığını bildirib.

Qeyd: Hadisə ilə bağlı araşdırmalar davam edir.