Şarl Mişel: Aİ-Gürcüstan münasibətlərinin gələcəyi noyabr sammitində müəyyən olunacaq

Oct 28, 2024 - 00:22
 0  34
Şarl Mişel: Aİ-Gürcüstan münasibətlərinin gələcəyi noyabr sammitində müəyyən olunacaq

Aİ liderləri noyabrın 8-də keçiriləcək qeyri-rəsmi sammitdə Gürcüstanla münasibətlərdə növbəti addımları müəyyən edəcəklər.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X hesabında bildirib.

“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstanı Aİ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi sammitinin gündəliyinə daxil etmək niyyətindəyəm. Aİ-nin noyabr sammiti vəziyyəti dəyərləndirəcək və Gürcüstanla münasibətlərimizdə növbəti addımları müəyyən edəcək”, - Mişel vurğulayıb.

mənbə: apa