Sarayı hasarı işi - prokurorluq 16 nəfərə qarşı ittiham irəli sürüb
Sarayı hasarı işi - Prokurorluq 16 nəfərə qarşı ittiham irəli sürüb.
Xeber.ge xeber verir ki, bu barədə Giorgi Gvarakidzenin idarəsində keçirilən brifinqdə məlum olub.
Yuri Lomidze, Giorgi Talaxadze, Davit Giunaşvili, Gia Toloraia, Guri Jvania, Kaxaber Kvaçantiradze, Simon Maxaradze, Avtandil Topçişvili, Mixeil Toloraiaya Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi (qrup halında zorakılıqda iştirak) ilə ittiham irəli sürülüb ki, bu da altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Temur Kurtsikidze, Genadi Kelixaşvili, Dato Qurtskaia, Ramaz Jorbenadze, Jandri Tirkiaya Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ keçirilməsinə cəhd) və 225-ci maddəsinin ikinci hissəsi (qrup halında zorakılıqda iştirak) ilə ittiham irəli sürülüb ki, bu da altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İrakli Şaişmelaşvilinə qarşı qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi (Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə açıq çağırışlar) ilə ittiham irəli sürülüb ki, bu da üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.