Şalva Papuaşvili yenidən Almaniya səfiri Peter Fişerə hücum edib
“Gürcü Arzusu” partiyasının Parlament sədri Şalva Papuaşvili yenidən Almaniya səfiri Peter Fişerə və Almaniyanın Xarici İşlər Nazirliyinə hücum edib.
Hökumətə bağlı “Imedi” kanalının jurnalisti ona Peter Fişer haqqında sual verib. Jurnalist sualı verərkən, fotoşəkilini Rustaveli prospektindəki etiraz iştirakçılarından biri 13 noyabr tarixində yayıb.
Papuaşvili bildirib ki, “Almaniyanın Xarici İşlər Nazirliyi öz mövqeyini aydınlaşdırmalıdır, sonda nə istədiklərini deməlidirlər”.
Almaniyanın Xarici İşlər Nazirliyi 19 oktyabrda açıqlayıb ki, səfir Peter Fişer məsləhətləşmələr üçün geri çağırılıb, çünki “Gürcüstan rəhbərliyi Avropa İttifaqı, Almaniya və həmçinin şəxsən Almaniya səfiri Fişer əleyhinə agitasiya aparır”.
Almaniya Xarici İşləri Nazirliyinin 6 noyabr açıqlamasına görə isə, “məsləhətləşmələrdən sonra səfir Gürcüstana qayıdıb”.
“Bu məsləhətləşmədən qayıtdıqdan sonra ümid edirdik ki, Almaniya səfiri Vyana Konvensiyasının əhəmiyyətini anlayacaq, müvafiq maddələri yenidən nəzərdən keçirəcək və nəhayət bütün bunlardan sonra davranışını saxlayacaq.
Bir neçə gün keçmədi ki, bütün dövlət və cəmiyyət alçaldıldı. Kilsəni təhqir edənlərə dəstəyini bildirir. Beləliklə, Almaniyanın Xarici İşlər Nazirliyi mövqeyini aydınlaşdırmalıdır – nə istəyir? Gürcü xalqı ilə körpülər qurmaq, yoxsa bu körpüləri tamamilə yandırmaq, çünki bu səfirin dövründə, hansı ki, gürcü dövlətini lağa qoyur, ekstremistləri dəstəkləyir və Gürcü kilsəsinin, patriarxın təhqirçilərinə həmrəylik göstərir, Almaniya tərəfindən bu körpülərin qurulacağını təsəvvür etmək çətindir”, – deyə Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Almaniya və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılıb və Alman tərəfi “Gürcüstana vəd edib ki, Almaniya səfiri bundan sonra əvvəllər etdiyinə bənzər hərəkətlərdən çəkinəcək”.
Papuaşvili etiraz iştirakçılarını bir daha ekstremist adlandırıb və Almaniya səfirini “ekstremistlərin tərəfdarı” kimi qiymətləndirib.
mənbə: marneulifm