Yol qaydalarının pozulmasına görə cərimələr artırılır
Gürcüstan DİN yol hərəkəti qaydalarının sərtləşdirilməsinə yönəlmiş yeni qanun layihəsi hazırlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi və qəzaların qarşısının alınması məqsədilə qanunvericilik dəyişiklikləri paketini hazırlayıb.
Xeber.ge xeber verir ki,
Layihəyə əsasən, bir sıra qayda pozuntuları üzrə cərimələr artırılır və sürücülük balı azaldılır:
-
Yolayrıcında və ya hərəkət zamanı yanlış manevrə görə cərimə 100 laridən başlayacaq və 20 bal silinəcək.
-
Sürətin 15–40 km/saat həddində aşılmasına görə cərimə 50-dən 100 laridək artırılır.
-
Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 50 lari, eyni zamanda 10 bal silinəcək.
-
Sürüş zamanı mobil telefondan istifadə – 50 lari.
-
Düzgün park etmə qaydalarının pozulması Kutaisi, Batumi, Mtsxeta, Rustavi, Qori, Telavi, Poti, Zuqdidi və kurort zonalarında 50 lari olacaq.
-
“BUS LANE” zolağında əks istiqamətdə hərəkətə görə – 200 lari cərimə nəzərdə tutulur.
-
Avtomobilin səkidə və ya piyada keçidində dayanması ayrıca pozuntu kimi müəyyən edilir və 100 lari cərimə tətbiq olunacaq.
-
Bu halda nəqliyyat vasitəsi xüsusi dayanacağa da aparıla bilər.
Qanun layihəsi artıq Gürcüstan Parlamentinə təqdim edilib.