Məktəb və bağçalardakı yemək obyektlərində 173 pozuntu aşkarlanıb

Nov 14, 2025 - 14:14
 0  22
Məktəb və bağçalardakı yemək obyektlərində 173 pozuntu aşkarlanıb
Bu il məktəb və bağçaların yemək obyktlərinin yoxlanılması nəticəsində 173 pozuntu aşkar edilib.


Bu barədə Milli Qida Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, il ərzində 6 000 dövlət nəzarəti həyata keçirilib. Aşkar edilmiş 173 pozuntunun əksəriyyəti müddəti keçmiş qida məhsullarının satışı, etiketləmə qaydalarının pozulması və qeydiyyatsız fəaliyyət hallarına aiddir.

Bundan əlavə, agentlik bildirir ki, məktəblərin yaxınlığındakı yemək obyektləri də yoxlanılır.


“Dövlət nəzarəti həm çörək istehsalı yerlərində, həm də yaxınlıqdakı marketlərdə həyata keçirilir ki, bu marketlərin müştərilərinin əksəriyyəti şagirdlərdir. Agentliyin inspektorları obyektlərin sanitariya-gigiyena vəziyyətini, qida məhsullarının yerləşdirilməsi və satılması şərtlərini, saxlama müddətlərini və qida təhlükəsizliyinə dair digər tələbləri yoxlayırlar. Eyni zamanda, məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin yemək obyektləri fasiləsiz olaraq yoxlanılır”, – deyə agentliyin açıqlamasında bildirilir.

Milli Qida Agentliyi istifadəçilərə bildirir ki, şübhəli qida məhsulu və ya pozuntu aşkar etdikdə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə – 15 01 bildirsinlər.

mənbə: marneulifm