Saakaşvilinin Zelenskidən xahişi: Məni o siyahıya əlavə edin!
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna lideri Vladimir Zelenskidən onu mülki girovlar siyahısına əlavə etməyi xahiş edib.
Bu barədə TASS məlumat yayıb.
Saakaşvili vurğulayıb ki, Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Milli İslahat Şurasının icra komitəsinin sədri kimi statusunu dəfələrlə bəyan edib. O, həbsinin qanunsuz olduğunu bildirib və Zelenskidən münaqişə kontekstində bu statusa müvafiq hüquqi nəticələr verməsini xahiş edib.
mənbə: axar