Rustavidə tikinti zamanı balkon çöküb, 30 yaşlı kişi yaralanıb-VİDEO

Nov 18, 2026 - 10:37
 0  11

Rustavidə, Çkondideli qəsəbəsində gənc kişi tikilinin dağıntıları altında qalıb.

XEBER.GE xeber  verir ki, fərdi evin tikintisi zamanı balkonun konstruksiyasının bir hissəsi çöküb və 30 yaşına yaxın kişi dağıntılar altında qalıb.

Xəsarət alan şəxs təcili tibbi yardım briqadası tərəfindən Rustavi klinikasına aparılıb. Tibb müəssisəsindən bildirilib ki, pasiyentin onurğasında xəsarət aşkarlanıb. Ailə üzvlərinin istəyinə əsasən, o, daha sonra Tbilisidəki başqa klinikaya köçürülüb.

Hadisə ilə bağlı araşdırma başlanıb.