Rustavidə marşrutka qarətçiləri cinayət başında yaxalandı-VİDEO

Jul 10, 2026 - 10:45
 0  16

Rustavi şəhərində qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən oğurluğa cəhd faktı üzrə iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, həbs olunan şəxslər əvvəllər də eyni cinayətə görə məhkum edilmiş və hazırda şərti cəza altında olan şəxslərdir.

 XEBER.GE xəbər verir ki, hadisə Rustavi ərazisində qeydə alınıb:

"Təqsirləndirilən şəxslər Rustavidə vətəndaşa məxsus sərnişin mikroavtobusundan müxtəlif əşyalar oğurlamağa cəhd göstəriblər.

Hüquq-mühafizə orqanlarının operativ reaksiyası və keçirilən tədbirlər nəticəsində hər iki şəxs cinayət başında - hadisə yerindəcə yaxalanaraq həbs edilib", — deyə nazirliyin bəyanatında bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsi (Oğurluğa cəhd) ilə istintaq aparılır.

Saxlanılan şəxslərin keçmiş cinayət törətmə tarixləri və hazırda şərti cəza altında olmaları da ittihamı ağırlaşdıran amil kimi nəzərə alınacaq.

Bu maddə cinayəti törədənlər üçün 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.