Rustaveli prospektində etirazçılar yolu bağladılar, polis müdaxilə etdi
Tbilisidə, Rustaveli prospektində etirazçılar avtomobil yolunun hərəkət hissəsini bağlayıblar.
Polis yolu açmağa çalışsalar da, aksiyanın iştirakçıları geri çəkilməyib və yolu tam bağlamağa nail olublar.
Etirazçılar “Dayanmayacağıq!”, “Oliqarxiyaya od vurun!” şüarları səsləndiriblər.
Bundan əvvəl yolu bağlamaq cəhdləri zamanı etirazçılarla polis arasında bir neçə dəfə toqquşma baş verib. Nəticədə bir neçə nəfər, o cümlədən müxalifətçi Levan Goqiçaişvili saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin rəhbəri Qoqa Memanişvilinin sözlərinə görə, etirazçılar yolu “süni şəkildə bağlayırdılar” və onlara yolu boşaltmaq üçün “qanuni xəbərdarlıq” edilib. Tələbi yerinə yetirməyən bir neçə nəfər inzibati qaydada saxlanılıb. Lakin Memanişvili polisin neçə nəfəri saxladığını dəqiqləşdirməyib.
mənbə: interpress