Rusiyanın müharibədəki itkiləri açıqlandı

Jun 12, 2025 - 12:51
 0  22
Rusiyanın müharibədəki itkiləri açıqlandı

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri daha 1140 rus döyüşçü zərərsizləşdirib. Müharibə başlayandan bu günə qədər isə Rusiya ölü və yaralı olmaqla 1 milyondan çox itki verib.

Xeber.ge xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da məlumat yayıb.

24 fevral 2022-ci ildən 12 iyun 2025-ci ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən belədir:

Personal - təxminən 1.000.340 (+1.140) nəfər

Tanklar - 10 933 (+6) ədəd

Döyüş zirehli texnikası - 22 786 (+3) ədəd

Artilleriya sistemləri - 29 063 (+47) ədəd

Hava hücumundan müdafiə sistemləri - 1184 (+1) ədəd

Əməliyyat-taktiki səviyyəli PUA-lar – 40.435 (+138) ədəd

Avtonəqliyyat vasitələri və sisternlər – 51715 (+136) ədəd

mənbə: publika.az