Rusiya vətəndaşı 15 sutka həbs və ölkədən deportasiya cəzası alıb
Məhkəmə insanların üzərinə balkondan sidik axıdan Rusiya vətəndaşını inzibati hüquqpozucu kimi tanıyıb və onu 15 günlük həbs cəzasına məhkum edib.
XEBER.GE xeber verir ki, hakim qərarına əsasən, Aleksandr Popov həbsxananı tərk etdikdən sonra ölkədən deportasiya olunacaq.
Bir neçə saat əvvəl Tbilisidə, Ortaçaladakı yaşayış kompleksinin ərazisində kafedə oturan insanların üzərinə balkondan sidik axıdan Rusiya vətəndaşı saxlanılmışdı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiya vətəndaşı İnzibati Xətalar Məcəlləsinin 166-cı və 171-ci maddələri ilə saxlanılıb.