Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır

Dec 30, 2024 - 11:08
 0  63
Rusiya Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır

Moskva Tbilisi ilə münasibətlərin normallaşmasına Gürcüstanın hazır olduğu qədər hazırdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib.

“Rusiya – Gürcüstan münasibətlərinin normallaşmasına Tbilisinin hazır olduğu qədər hazırıq”, – o qeyd edib.

Lavrov həmçinin vurğulayıb ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil.

Qeyd edək ki, Gürcüstan 2008-ci il sentyabrın 2-də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik əlaqələrini kəsib. Diplomatik əlaqələrin kəsilməsi zamanı Gürcüstan XİN Rusiya ilə konsulluq əlaqələrini saxlayacağını açıqlayıb.

mənbə: report