Qəzzada 2 aylıq körpə soyuqdan donaraq ölüb

İsrailin humanitar yardımlarla bağlı davam edən məhdudiyyətlərinin fonunda Qəzza sektorunda daha bir fələstinli körpə soyuqdan donaraq həyatını itirib.
Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyindən məlumat verilib.
Belə ki, 2 aylıq körpə Sila Əbdül-Qədir soyuqdan donaraq ölüb.
Qeyd edilib ki, son bir neçə gündə 7 körpə, ümumilikdə isə 14 uşaq güclü soyuqlar səbəbi ilə həyatını itirib.
Xatırladaq ki, İsrail hələ də Qəzza sektoruna humanitar yardımın getməyinə maneələr törədir və məhdudiyyətlər yaradır.
İsrail 2023-cü il 7 oktyabrdan bəri 61 mindən çox günahsız qəzzalını qətlə yetirib, 2 milyon insan evlərindən didərgin düşüb. Qəzza sektorunun infrastrukturunun 88 faizi, o cümlədən də insanların sığındıqları xəstəxanalar, evlər və məktəblər də dağıdılıb.
İsrail müharibə dövründə ərzində Qəzza sektorunu hərtərəfli – qurudan, sudan və havadan tam blokadada saxlayıb.
mənbə: azshafaqna.com