Qətər İsrailin hücumuna CAVAB HAZIRLAYIR - “Dözməyəcəyik”

Sep 10, 2025 - 12:11
 0  14
Qətər İsrailin hücumuna CAVAB HAZIRLAYIR - “Dözməyəcəyik”

"Qətər öz suverenliyinin pozulmasına dözməyəcək və artıq hüquqi cavab üzərində işləməyə başlayıb".

Xeber.ge xəbər verir ki, bunu ölkənin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani "Al Jazeera"yə açıqlamasında bildirib.

“Qətər İsrailə cavab vermək hüququnu özündə saxlayır və öz suverenliyinin hər hansı pozulmasına dözməyəcək”, - deyə o qeyd edib.

Al Taninin sözlərinə görə, Qətər İsrailin təcavüzünə cavab vermək və gələcək hücumların qarşısını almaq üçün kompleks yanaşma tətbiq edəcək.

"Bununla yanaşı, hakimiyyət orqanları İsrailin hücumuna cavab olaraq hüquqi tədbirlər görəcək bir komanda formalaşdırır", - o qeyd edib.

Setyabrın 9-da "Sky News Arabia" telekanalı Dohada bir neçə partlayış baş verdiyini xəbər verib. Səbəb kimi İsrail ordusunun Fələstinin HƏMAS hərəkatının qərargahına zərbə endirməsi göstərilib. Jurnalistlərin məlumatına görə, hücum anında binada hərəkat rəhbərliyinin iclası keçirilib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi isə ölkənin HƏMAS liderlərinə qarşı əməliyyata başladığını, onu həyata keçirdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləyib. Bununla belə, əməliyyatın Qətərdə iclasın baş tutduğu ofisdə keçirildiyi birbaşa qeyd olunmayıb.

mənbə: publika.az