Qutaisidə evə basqın edərək qadına hücum edən keçmiş məhkum tutuldu

Aug 9, 2026 - 13:30
 0  16
Qutaisidə evə basqın edərək qadına hücum edən keçmiş məhkum tutuldu
: :
playing

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Qutaisi Şəhər İdarəsinin əməkdaşları, hakim Qərarı əsasında, quldurluq ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun bildirdiyinə görə, təqsirləndirilən şəxs Qutaisidə yaşayış evlərindən birində qadına hücum edib, ona fiziki zorakılıq tətbiq edib və qızıl-zinət əşyalarını aparmağa cəhd edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il iyulun 11-də Qutaisidə qadının yaşayış evinə basqın edib, ona fiziki zorakılıq tətbiq edib, tapança hədəsi ilə qızıl-zinət əşyalarını aparmağa cəhd göstərib və hadisə yerindən qaçıb.

Xəsarət alan qadın müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəxsiyyətini müəyyən edərək onu təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır ki, bu da 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.