Qoqi Topadze vəfat edib

Biznesmen və siyasətçi Qoqi Topadze 84 yaşında vəfat edib.
Məlumatı sosial şəbəkələrdə onun yaxınları yayıb.
Gogi Topadze 1957-ci ildə Tbilisinin 51 nömrəli orta məktəbini bitirib və təhsilini Gürcüstan Politexnik İnstitutunun Qida və Kimya Sənayesi fakültəsində davam etdirib. 1962-ci ildə institutu bitirdikdən sonra Qida və Sənaye Elmi-Tədqiqat İnstitutunda elmi əməkdaş kimi çalışıb.
1967-ci ildə Moskvanın Ümumittifaq Üzvi Kimya Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunub. 1969-cu ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.
1970-1975-ci illərdə Tbilisi sabun fabrikinin direktoru olub. 1975-1986-cı illərdə "TbilLudi" istehsal birliyinin baş direktoru vəzifəsində çalışıb. 1986-cı ildən Lilo pivə zavodunun tikintisinin rəhbəri olub.
1994-cü ildə "Kazbeqi" pivə şirkətini təsis edib. 1997 və 1998-ci illərdə Gürcüstanın ən yaxşı biznesmeni adına layiq görülüb.
1999-2005-ci illərdə "Sənaye Gürcüstanı Xilas Edəcək" siyasi hərəkatının sədri olub. 1999-2004-cü illərdə Gürcüstanın V çağırış parlamentinin üzvü olub. 2004-2008-ci illərdə VI çağırış parlamentin deputatı seçilib.
2005-ci ildən "Sənaye Gürcüstanı Xilas Edəcək" siyasi hərəkatının lideri olub. Həmin il Avropa Ticarət Palatasının prezidenti seçilib. 2005-ci ildə ilk gürcü biznesmenlərdən biri kimi xeyriyyəçi qızıl medalı ilə təltif edilib.
2010-cu il 30 may yerli özünüidarəetmə seçkilərində Tbilisi meri postuna namizəd olub. 2012-2016-cı illərdə "Bidzina İvanişvili - Gürcü Arzusu" seçki bloku ilə Gürcüstanın VIII çağırış parlamentinin deputatı olub.
mənbə: marneulifm