Qida üzrə Milli Agentlik paytaxt və bölgələrdə qanunsuz hevan kəsimi yerlərini aşkarlayıb

Dec 10, 2025 - 13:51
 0  22
Qida üzrə Milli Agentlik paytaxt və bölgələrdə qanunsuz hevan kəsimi yerlərini aşkarlayıb

Qida üzrə Milli Agentliyin Tbilisi Departamentinin inspektorları Şindisidə, Mixeil Cavaxişvilinin I keçidində qanunsuz kəsim yeri aşkarlayıb. Fiziki şəxsin sahibi olduğu obyekt iqtisadi fəaliyyətlər reyestrində qeydiyyata alınmadan və tanınmadan fəaliyyət göstərirmiş. Planlaşdırılmamış yoxlama zamanı həmçinin etiketləmə və izləmə qaydalarının pozulması müəyyən edilib. 200 kiloqram heyvan əti sağlamlıq nişanı olmadan aşkar olunub; məhsul möhürlənərək qanunvericiliyə uyğun məhv ediləcək. Biznes sahibi cərimələnib  və qeydiyyat, tanınma və kritik uyğunsuzluqlar aradan qaldırılana qədər fəaliyyətinə müvəqqəti qadağa qoyulub.

Kritik uyğunsuzluqlar Zestafoni şəhərində, Rustavelinin 86-cı ünvanında və Vanidə, Azadlıq küçəsi 4-dəki qanunsuz kəsim yerlərində də aşkar edilib. İmereti Departamentinin inspektorları tərəfindən aparılan planlaşdırılmamış yoxlamalar zamanı obyektlərin biznes operatoru kimi qeydiyyata alınmadan fəaliyyət göstərdiyi, həmçinin mənşəyi şübhəli ətlərin olduğu müəyyən edilib. Hər iki obyekt cərimələnib və istehsal prosesi dayandırılıb.

Qida üzrə Milli Agentlik ölkə üzrə heyvan kəsim yerlərində dövlət nəzarətini həyata keçirir. Planlı yoxlamalar ildə dörd dəfə, risk səviyyəsindən asılı olmayaraq aparılır; bununla yanaşı, planlaşdırılmamış yoxlamalar da həyata keçirilir. Cari ildə aparılan 1035 dövlət nəzarəti nəticəsində 80 inzibati pozuntu aşkarlanıb.

mənbə: marneulifm