Qardabanidə oğurluqda şübhəli bilinən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Aşağı Kartli Polis Departamentinin Qardabani rayon idarəsinin əməkdaşları cari ilin 28 avqustundan etibarən müxtəlif vaxtlarda törədilmiş oğurluq cinayətləri ilə əlaqədar axtarışda olan, 1992-ci il təvəllüdlü F.A.-nı saxlayıblar.
Xeber.ge xeber verir ki,bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, məhkum Qardabanidə müxtəlif vaxtlarda yaşayış evlərinə oğurluq məqsədilə daxil olub və oradan məişət əşyaları ilə texnika vasitələrini gizli şəkildə ələ keçirib.
Törədilmiş cinayətlərə görə F.A. barəsində Qardabani Rayon Məhkəməsi tərəfindən qiyabi qaydada azadlıqdan məhrumetmə cəzası təyin edilib. Saxlanılan şəxs hazırda penitensiar müəssisədə yerləşdirilib.