Qanunsuz olaraq qızıl-zinət əşyaları keçirmək istəyən şəxslər ifşa edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində gömrük qaydalarını pozmaqla xüsusilə külli miqdarda malların Gürcüstanın gömrük sərhədinə keçirilməsi ilə bağlı iki fakt aşkar edilib.
Bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, bununla bağlı iki nəfər barəsində cinayət işi başlanılıb, onlardan biri həbs edilib.
“İstintaqla müəyyən edilib ki, gömrük nəzarətindən gizlədilən “Sadaxlı Avtomobil” və “Sarp” gömrük-keçid məntəqələri vasitəsilə gömrük dəyəri 119 138 lari olan 880,57 qram qızıl-zinət əşyaları Gürcüstanın gömrük sərhədinə aparılıb.
"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə cəza olaraq 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur", - məlumatda deyilir.
mənbə: interpress