Qadın öz evində qətlə yetirilib
Tbilisidə evlərdən birində qadın meyiti tapılıb.
Qadının meyiti bir neçə gün axtarışda olduqdan sonra tapılıb.
Məlumata görə, qadının bədənində çoxlu xəsarətlər olub və onun balta ilə qətlə yetirildiyi ehtimal edilir.
Qonşular qadının cəsədini bir neçə gün yoxa çıxdıqdan sonra Qldanidəki evində tapıblar.
Öldürülən qadının oğlu anası ilə əlaqə saxlaya bilməyəndən sonra polisə müraciət edib.
Qətlə yetirilən qadın ticarətlə məşğul olub və onun bir neçə kirayə obyekti olub.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb.
mənbə: interpress