Qabal kəndinin qəbirstanlığında kişi cəsədi tapıldı

Jan 7, 2025 - 20:05
 0  58
Qabal kəndinin qəbirstanlığında kişi cəsədi tapıldı
: :
playing

Ləqodexi bələdiyyəsinin Kabala kəndində, yeni qəbiristanlıq yaxınlığında 40 yaşlarında bir kişinin meyiti aşkarlanıb. 

Yerli sakinlərin iddiasına görə, kişi qətlə yetirilib.

Onların sözlərinə görə, meyit aşkarlanan şəxs qəbiristanlıq işçisi olub. Bir neçə ay əvvəl onun bəzi sakinlərlə münaqişəsi yaranıb və bundan sonra kişi yoxa çıxıb. Ailəsi həmin vaxtdan etibarən itkin düşən şəxsi axtarırmış.

Sakinlər bildiriblər ki, bir neçə gün əvvəl əvvəlcə onun mobil telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə meyiti aşkarlanıb.

mənbə: interpress