Polşada Gürcüstan vətəndaşı döyülərək öldürülüb
Polşada Gürcüstan vətəndaşının ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Aprelin 25-də baş vermiş insident zamanı gürcü kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Xeber.ge xəbər verir ki, hadisə küçədə baş vermiş mübahisə zəminində qeydə alınıb.
İstintaq materiallarına əsasən, spirtli içkinin təsiri altında olan Gürcüstan vətəndaşı küçədə iki nəfərlə qarşılaşıb.
Tərəflər arasında yaranan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Nəticədə iki şəxs Gürcüstan vətəndaşına hücum edərək onu amansızlıqla döyüblər.
Zərərçəkən aldığı ağır zərbələr nəticəsində elə hadisə yerindəcə vəfat edib.
Faktla bağlı Polşa Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü hissəsi (ölümlə nəticələnən döyülmə) ilə cinayət işi başlanılıb. H
adisəni törətməkdə şübhəli bilinən şəxslər barəsində artıq üçaylıq qətimkan tədbiri seçilib.
Cinayət sübuta yetirilərsə, müttəhimləri 2 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gürcüstanın "Kaxetidən Əsas Xəbərlər" nəşrinin məlumatına görə, mərhumun anası prokurorluğun rəsmi versiyası ilə razılaşmır. O iddia edir ki, oğluna qarşı hücumda 2 deyil, 8 nəfər iştirak edib və rəsmi məlumatlar hadisənin tam miqyasını əks etdirmir.
Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri davam etdirilir.