Nigeriyada aclıqla üzləşən insanların sayı 33 milyona çatacaq
Nigeriya 2024-cü ildə daşqınların ciddi təsirləri ilə üzləşəcək və 2025-ci ildə 33 milyon insan aclıqla üzləşəcək.
Xeber.ge xəbər verir ki, bu barədə “Ecofin” agentliyi BMT-nin Nigeriyadakı missiyasının hesabatına istinadən məlumat yayıb.
Daşqınlarla yanaşı, Nigeriyanın şimal-şərqində 15 ildir davam edən silahlı qarşıdurma vəziyyəti daha da gərginləşdirir.
Artıq 220 milyonluq ölkədə 25 milyon nigeriyalının təcili yardıma ehtiyacı var.
mənbə: apa.az