Həzrət Zəhranın (s.ə) mübarək kəlamlarından

“Əyyami Fatimiyyə” günlərini yaşayırıq. Az.shafaqna.com sizə Xanım Fatimeyi Zəhranın (s.ə) kəlamlarından bəzilərini diqqətinizə çatdırır.
“Biz (Əhli-beyt ə) Allahın məxluqları ilə rabitə vasitəsiyik. Biz Allahın seçdikləriyik paklıqlar məqamı, Allahın aydın dəlili, ilahi peyğəmbərlərin varisiyik.”
(Nəhcül-həyat, s. 35)
“Xoşbəxt o şəxsdir ki, (imam) Əlini, o həyatda olarkən və onun ölümündən sonra da sevsin.”
(Biharül-ənvar, c.27, s. 74)
“Mən və əmimoğlu, gecələr üstündə yatdığımız, gündüzlər üzərində dəvələrimizə ot (yem) veridiyimiz qoyun dərsindən başqa rifahımız üçün bir vasitəmiz yoxdur.”
(Nəhcül-həyat, s. 41)
Həzrət ömürünü son anlarında həyat yoldaşına (İmam Əli) xitabən deyir:
“Məndən sonra İmamənin qızı ilə evlən. Çünki o, övladlarıma qarşı mənim kimi ürəkyanan və dindardır. Kişilərin hər halda qadınlara ehtiyacı var.”
Daha sonra Yaradana xitabən deyir: “Ey Allah! Seçdiyin övliya və müqərrəblərə və ölməyimlə övladlarımdan ayrıldqdan sonra onların ağlaması xatirinə, şiələrin və bizim tərəfdarlarımızın günahını bağışla!”
Həzrət Zəhra (s.ə) analar haqqında: “Həmişə ananın ayağına düşüb xidmətində ol. Çünki cənnət analır ayağı altındadır. O nemətlərin nəticəsi cənnət olacaq.”
Həzrət Zəhra (s.ə) naməhrəmlə bağlı: “Qadının öz şəxsiyyətini qoruması üçün ən yaxşısı odur ki heç bir kişini görməsin və kişilərə görsənməsin.”
Xanım şiələrlə bağlı: “Biz Əhli-beytin göstərişlərinə əməl edib nəhy etdiklərimizdən çəkinsən, bizim şiələrdənsən.”
Həzrət Zəhra buyurur: “Mənim üçün dünyada üç şey sevimldir: Quran tilavəti, Allah rəsulunun üzünə baxmaq və Allah yolunda ehtiyaclılara kömək etmək.”
Həzrət Qiyamətdə şəfaəti haqqında buyurur:
Qiyamət günü bərpa olduğu zaman peyğəmbər (s) ümmətinin günahkalarına şəfaət edəcəyəm.”
mənbə:az.shafaqna.com