İstehza etmək
Əxlaq alimləri istehza və məsxərə etməyin mənasını belə başa düşüblər ki, insanları güldürmək üçün başqasının danışıq, rəftarı və ya eyblərindən bir xüsusiyyətini və ya qüsurunu təqlid etməkdir. Deməli məsxərə etməyin həqiqəti iki komponentdən ibarətdir 1. Başqalarını təqlid etmək. 2. Onları güldürmək niyyəti.
Bir qrupun başqalarını gözdən salmaq üçün istifadə etdiyi uyğun olmayan davranışlardan biri də “istehza” və ya “lağ etmək”dir. “istehza” və ya “lağ etmək” insan cəmiyyətində kin, düşmənçilik, qisas kimi nəticələrə gətirib çıxaran, birlik və vəhdət ruhunu məhv edən dilin ən çirkin və pis xəstəliklərindəndir.
Əxlaq alimləri istehza və məsxərə etməyin mənasını belə başa düşüblər ki, insanları güldürmək üçün başqasının danışıq, rəftarı və ya eyblərindən bir xüsusiyyətini və ya qüsurunu təqlid etməkdir. Deməli məsxərə etməyin həqiqəti iki komponentdən ibarətdir 1. Başqalarını təqlid etmək. 2. Onları güldürmək niyyəti. Başqalarının ləyaqətini alçaltmaq, onları hər cür alçaltmaq ağıl və şəriətlə qadağandır. Qurani-Kərim və hədislər bu davranışı açıq şəkildə qadağan etmişdir. Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!” (Hücürat, 11). Həmçinin Quranda istehzanın məzəmmətində də qeyd olunur: "Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!" (Kəhf, 49).
Əgər insanın olmadığı yerdə və onun gizli eybləri barəsində istehza edilirsə, istehza hökmündən əlavə, dilin böyük günahlarından olan qeybətə də şamil olur. Bu xəstəliyi müalicə etmək üçün onun nəticələrini düşünmək lazımdır. İstehza bu dünyada düşmənçilik, axirətdə isə əzab və bəla mənbəyidir. Məsxərə onun xar olmasına səbəb olur, ləyaqətini və məqamını aşağı salır və həmin şəxs o məsxərəyə qoyulmasına səbəb olan eyni şeydən əziyyət çəkə bilər. Tarix rəvayət edir ki, Mərvanın atası Həkəm, Allah Rəsulunun (s) arxasınca gedirdi və məsxərəyə qoymaq niyyəti ilə pis bir şəkildə o Həzrətin getdiyi yolu təqlid edirdi. O zamana qədər ki, bir gün Peyğəmbər (s) onun iyrənc davranışını görüb belə buyurdu: "Allahdan diləyirəm ki, olduğun kimi qalasan". Bu cümlə ilə o, Parkinson xəstəliyinə tutuldu və ömrünün sonuna qədər bu xəstəlikdən əziyyət çəkdi.
mənbə: iqna