Niderland Aİ-ni Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır

Dec 5, 2024 - 20:14
Dec 5, 2024 - 20:19
 0  18
Niderland Aİ-ni Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır

Niderland Gürcüstan ilə vizasız rejimi dayandırmağa çağırır.

Bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində yazıb.

“Gürcüstanda etirazçılara və jurnalistlərə qarşı zorakılıq, eləcə də siyasətçilərin həbs edilməsi qəbuledilməzdir. Buna görə də Niderland Aİ-ni Gürcüstanla vizasız rejimi dayandırmağa çağıracaq. Baltikyanı ölkələrin fərdi səyahət qadağaları tətbiq etmə təşəbbüsünü alqışlayıram”, - deyə o bildirib.

K.Veldkamp əlavə edib ki, Gürcüstan xalqını dəstəkləmək üçün ATƏT-in alətləri çərçivəsində mexanizmlərin istifadəsi imkanları araşdırılmalıdır.

O, bu məsələni ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçiriləcək iclasında gündəmə gətirməyi planlaşdırır.

mənbə: report