Netanyahu: Qallantı buna görə işdən çıxartdım

Nov 6, 2024 - 10:47
 0  21
Netanyahu: Qallantı buna görə işdən çıxartdım

Müharibə zamanı baş nazirlə müdafiə naziri arasında tam etimad hər zamankindən daha vacibdir. Biz ilkin olaraq bu etimada malik olsaq və kampaniyanın ilk aylarında çox şeyə nail olsaq da, son aylarda aramızdakı etimad eroziyaya uğrayıb.

Xeber.ge xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən istefaya göndərməsinin səbəbləri haqda danışarkən deyib.

“Qallantla mənim aramda kampaniyanın idarə olunması ilə bağlı ciddi fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqları həm hökumət, həm də kabinet qərarlarına zidd olan bəyanatlar və hərəkətlərlə müşayiət olundu. Mən dəfələrlə bu boşluqları aradan qaldırmaq üçün cəhdlər etdim, lakin onlar daha da genişləndi. Bu məsələlər hətta qəbuledilməz şəkildə ictimaiyyətə çatdı və daha da pisi düşmənlərimizə məlum oldu ki, onlar bundan həzz alıb üstünlük əldə etdilər”, - o vurğulayıb.

Netanyahu xarici işlər naziri israil Katzın müdafiə naziri təyin edilməsi səbəbinə də toxunub:

“İsrail Katz beş il ərzində həm xarici işlər naziri, həm maliyyə naziri, həm kəşfiyyat naziri, həm də Təhlükəsizlik Kabinetinin uzun müddətdir üzvü kimi milli təhlükəsizliyə sadiqliyini sübut edib”.

Qeyd edək ki, Netanyahu Yoav Qallantı müdafiə naziri vəzifəsindən zad edib və onun yerinə xarici işlər naziri İsrail Katzı təyin edib.

mənbə: axar.az